Rusiyada qaz kəmərində partlayış olub
Moskva, 20 dekabr, AZƏRTAC
Rusiyanın Çuvaşıstan Respublikasında Urenqoy-Pomarı-Ujqoqrod qaz kəmərində partlayış olub.
AZƏRTAC xəbər verir ki, bu magistral qaz kəməri ilə qaz Qərbi Sibirdən Ukrayna vasitəsilə Avropaya daşınır. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Qaz kəməri 1980-ci illərin əvvəllərində inşa olunub. Kəmər Kursk vilayəti ərazisində “Suca” qazpaylayıcı stansiyası vasitəsilə Avropaya, “Türk axını” kəmərinə və Orta Asiyaya daşınır.
Urenqoy-Pomarı-Ujqoqrod qaz kəmərində partlayışdan sonra Avropada qazın min kubmetrinin qiyməti 1200 dollara qalxıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:52]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:30]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [21:31]