Rusiyada tank mühərriklərinin istehsalı artırılacaq
Bakı, 3 fevral, AZƏRTAC
Çelyabinsk traktor zavodu (ÇTZ - “Uraltrak”, “Uralvaqonzavod” konserninə daxildir) yeni istehsal sahəsi yaradıb ki, bu da tank mühərriklərinin buraxılışını artırmaq imkanı verəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, konsern bu barədə teleqram kanalında məlumat yayıb.
“Bizim Çelyabinsk traktor zavodunda ionların azotlanması üzrə yeni istehsal sahəsi işə salınıb. Bu, seriyalı buraxılan sürətləndirilmiş dizel mühərriklərini dəfələrlə artırmaq üçün lazımdır”, - deyə məlumatda bildirilir.
Zavodun konstruktorları daha güclü “V-92S2” mühərriklərinin istehsalını uğurla yerinə yetiriblər.
“Uralvaqonzavod” konserninin baş direktoru Aleksandr Potapov vurğulayıb ki, ÇTZ-nin yeni sahəsi mühərrikin əsas elementlərinin fiziki-kimyəvi xassələrinin gücləndirilməsi üzərində işləyəcək.
1130 at gücündə olan “V-92S2” gücləndirilmiş dizel mühərriki təkmilləşdirilmiş “T” və “Т-72B3” tanklarına quraşdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]