Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyalı ekspert: “Şimal-Cənub” dəhlizi Azərbaycan və Rusiyanın əsas magistral layihəsidir - MÜSAHİBƏ

Rusiyalı ekspert: “Şimal-Cənub” dəhlizi Azərbaycan və Rusiyanın əsas magistral layihəsidir -  MÜSAHİBƏ

Bakı, 21 avqust, AZƏRTAC

Bakı bir sıra fundamental səbəblərə görə bir çox ölkələr üçün həmişə böyük əhəmiyyət kəsb edib. Azərbaycan əsas enerji oyunçusudur, bundan başqa, coğrafi mövqeyinə görə ölkəmiz nəqliyyat və logistika baxımından, xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı mühüm tərəfdaşdır.

Azərbaycana rəsmi səfərə gələn Rusiya Prezidenti Vladimir Putinin avqustun 19-da Prezident İlham Əliyevlə danışıqları baş tutub. Görüşdə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, aktual beynəlxalq və regional problemlər müzakirə olunub. Bu səfər böyük əhəmiyyət kəsb edir, çünki Azərbaycan və Rusiya liderləri tərəfindən aparılan danışıqlar iki ölkə arasında əməkdaşlıq və Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri həll etmək imkanı verir. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri Cənubi Qafqazda sülhün və təhlükəsizliyin daha da möhkəmlənməsinə mühüm töhfə sayıla bilər.

Jurnalist T.Məmmədova AZƏRTAC üçün mövzu ilə bağlı rusiyalı iqtisadi ekspert, Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (İMEMO RAN) Mərkəzi Asiya sektorunun rəhbəri, tarix elmləri namizədi Stanislav Pritçinlə müsahibə hazırlayıb. Müsahibəni təqdim edirik:

- Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ikitərəfli iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?

- İstənilən sammit görüşü, xüsusən də dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı üçün həmişə müəyyən təkan olur, çünki müzakirə olunacaq müxtəlif layihələr razılaşdırılır. Bu, ölkələrimiz arasında bağlanmış müqavilələrə, ilk növbədə, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə sadiq olduğumuzu göstərən ikitərəfli münasibətlərimizin növbəti mərhələsidir. Və bu aspektdə əlaqələrimiz fəal şəkildə inkişaf edir. Səfərin ən yüksək statusu bu gün inkişafının pik nöqtəsində olan Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini aydın şəkildə əks etdirir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin üçdə ikisi Rusiyanın payına düşür. Ölkələr arasında ticarət dövriyyəsi 2023-cü ildə rekord səviyyəyə – 4,5 milyard dollara çatıb və bu rəqəmin bu il yenilənməsi gözlənilir. Bu ilin yanvar-may aylarının yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hesablaşmalarda milli valyutaların payı 73 faizi keçib, ötən il isə onların payı 57,8 faizə çatıb.

- Bütün Cənubi Qafqaz regionunun sabitliyi və təhlükəsizliyi daha çox Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Ölkələrimiz bu regionun təhlükəsizliyinə necə kömək edə bilər?

- Buradakı mənzərə, əslində, kifayət qədər genişdir. Rusiya və Azərbaycan beştərəfli dialoqumuz çərçivəsində, o cümlədən Cənubi Qafqazda təhlükəsizlik sisteminin necə olması ilə bağlı Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə mümkün qədər yaxın baxışa və ümumi yanaşmalara malikdir. Təbii ki, bu, ilk növbədə açıq sərhədlər və nəqliyyat, ticarət vasitəsilə iqtisadi əlaqələrin inkişafıdır. Bu da İkinci Qarabağ müharibəsindən sonra verdiyimiz üçtərəfli Bəyanatda öz əksini tapıb. Daha geniş kontekstdə danışsaq, hər iki ölkə Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran və Türkiyənin daxil olduğu “3+3” formatını maksimum dəstəkləyir. Təəssüf ki, hələlik bu format yalnız layihə olaraq qalır, çünki həmişə regional əməkdaşlıqda maraqlı olmayan oyunçular var.

Bundan əlavə, Ermənistan-Azərbaycan ziddiyyətlərinin həllinə Rusiya və Azərbaycanın yaxın və oxşar yanaşmalarının olduğunun şahidi oluruq. Burada təəssüf ki, ABŞ və Fransanın timsalında regiondankənar oyunçular meydana çıxır ki, onlar üçün rəsmi Bakı ilə İrəvan arasında ziddiyyətlərin davam etməsi regionda təsir imkanları yaradır və bu, təbii ki, dağıdıcı amildir. Buna qarşı Rusiya və Azərbaycan birgə işləməyə hazırdır.

- Azərbaycan və Rusiya prezidentləri Xəzər dənizində ekoloji vəziyyəti müzakirə ediblər. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün tərəflər həm ikitərəfli, həm də beştərəfli formatda hansı yolları müəyyən edə bilər?

- Rusiya və Azərbaycanın ekoloji problemlərin həllinə həmişə oxşar baxışları olub. Bundan əlavə, biz Xəzər dənizinin beynəlxalq statusu haqqında Konvensiya çərçivəsində Bioloji Müxtəlifliyin Mühafizəsi haqqında Protokolu imzaladıq. Xəzər dənizi Xəzər regionunun ümumi ekoloji obyektidir və onun hissələrindən birində böhran hər bir dövlətin şəxsi planlarına və onun inkişaf perspektivlərinə təsir edəcək. Neft əməliyyatlarına və Xəzər dənizindəki ümumi vəziyyətə səmərəli ekoloji nəzarət yalnız Xəzəryanı dövlətlərin birgə nəzarəti ilə mümkündür. Belə nəzarət Xəzəryanı dövlətlər tərəfindən yaradılmış və müvafiq səlahiyyətlərə, xüsusən də birgə ekoloji proqramların işlənib hazırlanması və həyata keçirilməsi hüququna malik dövlətlərarası ekoloji qurum vasitəsilə həyata keçirilə bilər.

- Rusiya şirkətləri Azərbaycan bazarında özlərini kifayət qədər rahat hiss edirlər. Bunu Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə danışıqlar zamanı deyib. Azərbaycan iqtisadiyyatının hansı sahələri rusiyalı investorları cəlb edir?

- Bakıda fəaliyyət göstərən Rusiya şirkətləri və Rusiyada fəaliyyət göstərən Azərbaycan şirkətləri aqroekspressdir, yəni qarşılıqlı əlaqəyə və Azərbaycan mallarının Rusiya bazarına çatdırılmasına imkan verəcək ən etibarlı və sürətli infrastrukturdur. Rusiya Azərbaycanın qeyri-neft ixracının əsas və ən böyük alıcısıdır. Bundan əlavə, Azərbaycan-Rusiya investisiya əməkdaşlığı çox uğurla inkişaf edir: Azərbaycanda Rusiya kapitallı 1,3 minə yaxın şirkət qeydiyyatdan keçib və Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının ümumi həcmi 8,7 milyard dolları ötüb. Rusiya investorları Azərbaycan iqtisadiyyatının bank sektoru, neft-kimya, yük maşınlarının istehsalı, şərabçılıq, qida sənayesi kimi sahələrini fəal şəkildə araşdırırlar. Eyni zamanda, azərbaycanlı investorlar arasında Rusiya iqtisadiyyatının müxtəlif sahələrində, ilk növbədə, xidmət sektorunda, turizmdə, kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrində fəaliyyətə maraq var. Səfər zamanı Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında Rusiya şirkətlərinin Azərbaycan bazarına daxil olması və Azərbaycan biznesinin Rusiyaya cəlb edilməsinə investisiya dəstəyi haqqında saziş bağlanıb. Saziş bu mühüm sahədə əməkdaşlığın genişləndirilməsi üçün zəruri hüquqi baza yaradır.

- Rusiya və Azərbaycan Xəzər şelfində birgə həyata keçirmək üçün potensial olaraq yeni layihəni nəzərdən keçirir. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. Layihə haqqında nə deyə bilərsiniz?

- Bu, Azərbaycanın və Rusiya şirkətlərinin, ilk növbədə, “Lukoyl”un şelfdə işləmək təcrübəsini nəzərə alaraq kifayət qədər perspektivli istiqamətdir. Hesab edirəm ki, bu istiqamət xüsusilə Azərbaycanda karbonsuz enerjinin inkişafı kontekstində əməkdaşlıq üçün çox vacib sahədir. Yəni, layihə azad edilmiş ərazilərdə kiçik atom elektrik stansiyalarının inkişafı kontekstində həyata keçirilə bilər.

- “Şimal-Cənub” layihəsi rəsmi Bakı ilə Moskva arasında dövlətlərarası münasibətlər üçün müstəsna əhəmiyyət kəsb edir. Bu marşrut üzrə potensialın artırılması üçün hər iki ölkə hansı tədbirləri görməlidir? Layihənin üstünlüyü nədir?

- Azərbaycan və Rusiyanın regionda kommunikasiyaların inkişafında maraqlı olmasından danışarkən “Şimal-Cənub” nəqliyyat dəhlizi mövzusunu nəzərdən qaçırmaq olmaz. Bu dəhliz sayəsində Hindistan və Çin öz yüklərini Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya daşıya biləcəklər. Layihənin əsas üstünlüyü yükdaşıma vaxtının yarıdan çox azaldılmasıdır. Dünyada mövcud vəziyyət fonunda əsas mərkəzi Azərbaycan olan nəqliyyat marşrutlarının əhəmiyyətini qiymətləndirmək çətindir. Azərbaycan bu istiqamətdə bir sıra mühüm addımlar ataraq “Şimal-Cənub” marşrutunun təşviqində mühüm rol oynayır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi həm Cənubi Qafqaz regionunun, həm də Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bu marşrut sayəsində ölkələr arasında ticarət dövriyyəsi iki dəfə artıb, daşımaların qiyməti isə dəniz nəqliyyatı ilə müqayisədə xeyli aşağı düşüb. “Şimal-Cənub” dəhlizi bizim əsas magistral layihəmizdir. Üstəlik, burada ən diqqətçəkən məqam odur ki, Rusiya və Azərbaycan öz növbəsində bütün razılaşmaları yerinə yetiriblər və infrastrukturu genişləndirməyə hazırdırlar. Bundan əlavə, bu, Rusiyanın ticarət əlaqələri üçün bağlanan qərb istiqamətinə alternativ olacaq yeni marşrut açmaq imkanıdır. Azərbaycan üçün isə təbii ki, bu, tranzit potensialını artırmaq və ondan istifadə etmək imkanıdır.

- Hər iki lider “Bakı Ağ Şəhər”də də oldular. Bildiyiniz kimi, əvvəlcə bu ərazi “Qara şəhər” adlanıb. Bakıda belə bir infrastrukturun yaranmasını necə qiymətləndirirsiniz?

- Bakıda şəhər infrastrukturunun inkişafına gəlincə, burada təbii ki, ciddi irəliləyiş var. Postsovet məkanının paytaxtları arasında Bakı ən dinamik inkişaf edən, ekoloji yönümlü, klaster inkişafı ilə seçilən şəhərlərdən biridir. Və keçmiş “Qara şəhər” bu gün bütün parklar sistemini təmsil edir. Məhz buna görə də Prezident Putin Azərbaycan paytaxtında baş verən dəyişikliklərin sürətinə heyran olub. Həqiqətən də Cənubi Qafqazda Bakı turistlər baxımından, şəhərsalma siyasəti baxımından incidir. Prezident İlham Əliyev rusiyalı həmkarını paytaxtın şərq hissəsinin bərpasına və inkişafına yönəlmiş “Bakı Ağ Şəhər” layihəsi ilə tanış edib. Bir neçə il əvvəl Azərbaycan rəhbərliyi məhz bu yerdə Ağ şəhər yaşayış kompleksinin tikintisinə başlamaqla “Qara şəhər”i “Ağ şəhər”ə çevirməyi qarşısına məqsəd qoymuşdu. Nəticədə biz ölkə rəhbərliyinin “qara”nı “ağ”a çevirə bildiyinin şahidi olduq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL