RUSİYANIN TƏXMİNƏN 1 MİLYON ƏMƏK MİQRANTINA EHTİYACI VAR
Mətbuat konfransında Beynəlxalq Əmək Təşkilatının icraçı direktoru Kari Tapiola bildirmişdir ki, müasir cəmiyyətin miqrantlara ehtiyacı var, onların sayı getdikcə artacaq və vəzifəmiz miqrasiya prosesini sosial-iqtisadi baxımdan əlverişli etməkdir. Miqrantın çalışdığı ölkənin vətəndaşları qədər hüquqları olmalıdır. Rusiya İşəgötürənlər Təşkilatı Əlaqələndirmə Şurasının beynəlxalq əməkdaşlıq departamentinin direktoru Aleksandr Poluektov demişdir ki, miqrantların rusiyalılarla bərabər əmək haqqı və sosial təminat almaları uğrunda qanuni yolla mübarizə aparmaq lazımdır.
N.Vlasova FMX-nın 2006-cı ildəki planlarından danışarkən vurğulamışdır ki, qanunsuz miqrantları xəlvəti işçi qüvvəsi bazarından çıxarmaq üçün mübarizə aparmaq öncül istiqamət olaraq qalır. Qanunsuz əmək miqrantlarının “mini-amnistiyaya” düşərək, leqallaşdırılması ötən ilin uğuru olmuşdur. RF-nin 10 regionundan 400 müəssisənin iştirak etdiyi əməliyyat gedişində 7,4 min miqrant leqallaşdırılmışdır.
FMX-nın məlumatına görə, hazırda Rusiyada təxminən yarım milyon leqal, 5 milyondan 14 milyonadək qeyri-leqal miqrant var.