Rusiyanın Ural Federal Dairəsinin subyektləri ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Moskva, 2 sentyabr, AZƏRTAC
Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İskəndərov Rusiya Federasiyası Prezidentinin Ural Federal Dairəsində səlahiyyətli təmsilçisi Nikolay Tsukanov ilə görüşüb.
Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunda AZƏRTAC-a bildiriblər ki, görüşdə Prezidentin səlahiyyətli təmsilçisi və baş konsul Ural Federal Dairəsinin subyektləri ilə Azərbaycan arasında iqtisadi, ticari, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, hazırda uğurla inkişaf edən əməkdaşlığın potensialı hər iki ölkənin xalqlarının maraqlarına uyğun olaraq bütün sahələrdə qarşılıqlı münasibətləri genişləndirməyə və dərinləşdirməyə imkan verir.
Görüşdə Rusiya Xarici İşlər Nazirliyinin Yekaterinburq şəhərində nümayəndəsi Aleksandr Xarlov iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva