RUSİYANIN XABAROVSK ŞƏHƏRİNDƏ AÇILAN “BAKI” RESTORANI MİLLİ XÖRƏKLƏRİ TƏBLİĞ EDİR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Xabarovsk şəhərində “Bakı” restoranı fəaliyyətə başlamışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, müasir tələblərə cavab verən bu iaşə obyektini Azərbaycandan dəvət olunan inşaatçı, memar və dizaynerlər tikmişlər. Uzaq Şərqdə fəaliyyət göstərən restoranda Qafqazın gözəl və isti bir guşəsini yaratmaq mümkün olmuşdur. Bakıdan dəvət olunmuş aşpazlar əsasən milli xörəklər hazırlayırlar. İstifadə olunan ərzağın əksər hissəsi də Azərbaycandan gətirilir.
Geniş və yüksək səviyyəli “Bakı” restoranının açılmasını şəhər rəhbərliyi də təqdir etmişdir. Şəhərin meri Aleksandr Sokolov bildirmişdir ki, belə bir iaşə obyektinin açılması ilə yalnız fəxr etmək olar və buradakı şərait ən yüksək səviyyədə qonaq qəbul etməyə imkan verir.
“Bakı” restoranında eyni vaxtda 150 müştəriyə xidmət göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]