Rusiyanın yeniyetmə BMX velosipedçiləri Bakıdadır
Bakı, 5 aprel, AZƏRTAC
Bu ilin iyununda Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına hazırlaşan Rusiyanın kiçik yaşlı və yeniyetmə velosipedçiləri Bakıdadır.
AZƏRTAC xəbər verir ki, paytaxtımızda olacaqları 10 gün ərzində onlar dünya çempionatının keçiriləcəyi BMX Trekində məşq etməklə məsul yarışa hazırlaşacaqlar.
Qeyd edək ki, iyunun 5-9-da Bakıda keçiriləcək dünya çempionatında bütün yaş qrupları üzrə planetin ən güclüləri müəyyənləşəcək.