Rza Təhmasibə həsr olunmuş filmin tam versiyası Dövlət Film Fonduna verilib VİDEO
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Rza Təhmasibə həsr olunmuş film hədiyyə edilib.
Film Fondundan AZƏRTAC-a bildirilib ki, “İncəsənət veteranı” adlanan film Əməkdar incəsənət xadimi, rejissor Musa Bağırov tərəfindən 1966-cı ildə çəkilib.
Film Rza Təhmasibin görüntüləri və şəxsi arxiv materialları ilə zəngindir. 55 il öncə çəkilmiş film Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində tam versiyada əldə olunub.
Nəzərinizə çatdırırıq ki, bu günə qədər Dövlət Film Fondunda sözügedən ekran əsərinin yalnız bir hissəsi mövcud idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]