Saatlıda istehsal və emal müəssisəsi yaradılır
Saatlı, 25 fevral, Mahir Babayev, AZƏRTAC
Saatlıda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması məqsədi ilə iki yeni istehsal və emal müəssisəsi yaradılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 7 min hektar ərazisini əhatə edən “İD-Aqropark”ı rayonun Azadakənd, “Rom-Alpinos süd və ət məhsulları” MMC isə Sımada kəndi yaxınlığında yaradılır. “İD-Aqropark”da kənd təsərrüfatı məhsulları istehsalı və emalı ilə bağlı müxtəlif bitki növləri becəriləcək, 200 hektar sahədə meyvə bağı salınacaq, soyuducu anbar, istixana, tövlə, yem zavodu, quşçuluq fabriki tikiləcək.
“Rom-Alpinos süd və ət məhsulları” MMC-nin ərazisində isə 3 yardımçı ferma, eləcə də müasir tipli fermalar tikiləcək.
Hazırda təsərrüfatlara yol, su, elektrik xətləri çəkilir, körpülər salınır, kanal və drenaj şəbəkələr qurulur.
“İD-Aqropark”da işlər tam başa çatandan sonra 390, “Rom-Alpinos süd və ət məhsulları” MMC-də isə 60 nəfər daimi və mövsümü işlərlə təmin olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]