Saatlıda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən olunub
Saatlı, 3 aprel, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Qıraqlı kənd sakini Gülalı Miralıyevin koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. G.Miralıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:04]
ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir
- 08.10.2026 [15:22]
Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO
- 08.10.2026 [14:35]
GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb
- 08.10.2026 [13:27]
Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam
- 08.10.2026 [13:07]
İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş
- 08.10.2026 [13:07]