Saatlıda şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb
Saatlı, 17 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində rayonun Qara Nuru kəndində yerləşən “Komfort” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRATC-ın bölgə müxbirinə verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı 140 nəfərin “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 190 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı həmin sarayın inzibatçısı İsmətəli Mirzəyev və toy sahibi Vidadi Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:09]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:02]
Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]
Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub
- 16.10.2026 [17:38]
Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur
- 16.10.2026 [17:26]