Saatlıda toy məclisi təşkil edənlər cərimələndi
Saatlı, 5 aprel, Mahir Babayev, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon sakini İlqar Mahmudovun yaşadığı evin həyətində qonaqların iştirakı ilə toy məclisi təşkil etdiyi müəyyən olunub.
İlqar Mahmudov və toy məclisində iştirak edən 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:19]
Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir
- 08.10.2026 [17:15]
Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO
- 08.10.2026 [17:01]
Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb
- 08.10.2026 [16:04]
ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir
- 08.10.2026 [15:22]
Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO
- 08.10.2026 [14:35]