SAATLININ SOLTANABAD KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Saatlı rayonunun Soltanabad kəndində dövlət vəsaiti hesabına tikilərək müasir avadanlıqla təmin olunmuş 100 yerlik yeni məktəb binası istifadəyə verilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə kənddə keçirilmiş toplantıda ictimaiyyətin nümayəndələri, rayon rəhbərləri, ağsaqqallar və ziyalılar iştirak etmişlər. Natiqlər dövlətimizin qayğısını yüksək qiymətləndirmişlər.