İDMAN
“Sabah” Azərbaycan çempionatları tarixində özünün ən böyük hesablı qələbəsini qazanıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakının “Sabah” klubu Azərbaycan çempionatları tarixində özünün ən böyük hesablı qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının IX turuna təsadüf edib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Murad Musayevin yetirmələri “Kəpəz”lə ev oyununda üç xalı 5 cavabsız qolla əldə ediblər. Bunadək yalnız bir dəfə 4 top fərqi ilə qalib gələn Bakı təmsilçisi bu il aprelin 24-də “Şamaxı”nı üstələyib - 5:1.
Paytaxt təmsilçisi həm də Premyer Liqada bir matç üçün özünün məhsuldarlıq rekordunu təkrarlayıb. İkinci dəfə bir oyuna 5 top vuran “Sabah” “Şamaxı” ilə ötən mövsümdəki qarşılaşmada bunu bacarmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [19:17]
Azərbaycan parataekvondoçusu Avropa çempionu olub
- 11.05.2024 [18:04]
İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib
- 11.05.2024 [17:10]
“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
- 11.05.2024 [16:15]
Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub
- 11.05.2024 [16:06]