Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 2-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, gündüz 18-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-65 faiz təşkil edəcək. Havanın temperaturu gecə 14-16, gündüz 18-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16, gündüz 17-21, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi bildirilir. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 12-16 dərəcə isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 16-20 dərəcə isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 15-19, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti olacağı ehtimalı var.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında qərb rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16, gündüz 17-21 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15, gündüz 16-19, dağlarda gecə 8-10, gündüz 10-13 dərəcə isti olacağı proqnozlaşdırılır.