Sabah Bakıya yağış, bəzi bölgələrə sulu qar, qar yağacaq
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14°, gündüz 14-16° isti, Bakıda gecə 12-14°, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan artıq - 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 5-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13°, gündüz 13-16° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti, yüksək dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10°, gündüz 16-21° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək .
Havanın temperaturunun gecə 2-5°, gündüz 5-9° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13°, gündüz 14-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-8° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti, yüksək dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13°, gündüz 13-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-13°, gündüz 14-17° isti, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacağı gözlənilir.