SABAH BƏZİ REGİONLARDA YAĞIŞ YAĞACAĞI GÖZLƏNİLİR
Bakı, 27 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 12-14 dərəcə təşkil edəcəkdir.
Aprelin 29-da hava şəraitinin buludlu olacağı, gündüz arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 14-16 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında aprelin 28-29-da axşam və gecə saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, Böyük Qafqazın və Lənkəran-Astara zonasının ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimal olunur. Aprelin 29-da gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 7-11 dərəcə, gündüz 13-17 dərəcə, dağlarda gecə 2-5 dərəcə, gündüz 6-11 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]