Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə arabir yağıntılı olacaq
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 27-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın bölgələrində hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə fasilələrlə yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyinin sürəti saniyədə 5-10 metr, bəzi yerlərdə arabir 15-18 metr olacaq. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 17-22° isti olacağı proqnozlaşdırılır.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyinin sürəti saniyədə 5-10 metr, arabir 15-18 metr, gündüz bəzi yerlərdə arabir 20-25 metrədək güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 13-18° isti olacağı bildirilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda havanın dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyinin sürəti saniyədə 5-10 metr, bəzi yerlərdə arabir 8-23 metrədək güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 13-18° isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyinin sürəti saniyədə 5-10 metr, arabir 15-18 metr, bəzi yerlərdə arabir 23-28 metrədək güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi qərb rayonlarında, axşamdan isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyinin sürəti saniyədə 5-10 metr, arabir 15-18 metr, bəzi yerlərdə arabir 23-28 metrədək güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-5° isti, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında, axşamdan isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyinin sürəti saniyədə 5-10 metr, arabir 15-18 metr, bəzi yerlərdə arabir 23-28 metrədək güclənəcək. Havanın temperaturunun gecə 8-12° isti, gündüz 21-26° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şimal-şərq küləyinin sürəti saniyədə 5-10 metr, bəzi yerlərdə arabir 15-17 metr olacaq. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 6-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.