Sabahın hava proqnozu açıqlanıb
Bakı, 13 may, AZƏRTAC
Mayın 14-ü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [12:40]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 16.09.2026 [08:27]
Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür
- 15.09.2026 [16:49]
Növbəti iki gündə Bakıda hava şəraiti dəyişkən buludlu olacaq
- 15.09.2026 [15:15]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 15.09.2026 [12:41]
Sabah günün ikinci yarısından bəzi rayonlarda yağış yağacaq
- 14.09.2026 [12:25]
Bəzi yerlərdə duman olacaq
- 13.09.2026 [14:49]