SABİRABAD RAYONUNDA DAHA BİR SUTƏMİZLƏYİCİ QURĞU İSTİFADƏYƏ VERİLMİŞDİR
Bakı, 27 may (AZƏRTAC). Kür çayının daşması ilə əlaqədar Sabirabad şəhəri və rayonun su basmış kəndlərinin əhalisini alternativ mənbədən təmiz su ilə təmin etmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən tədbirlər davam etdirilir.
Belə ki, Sabirabad rayonunda bundan əvvəl istifadəyə verilmiş modul sutəmizləyici qurğuda növbə yarandığından ETSN tərəfindən İsrail istehsalı olan daha bir qurğu quraşdırılmışdır.
Gündə 60 ton su təmizləmə gücünə malik növbəti modul tipli sutəmizləyici qurğuya ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qurğunun effektiv çalışdığı müəyyən edilmişdir.
Hazırda əhalinin istifadəsinə verilmiş sutəmizləyici qurğuların ikisi də fasiləsiz olaraq fəaliyyət göstərir. Sutəmizləyici qurğularda su normadan 5-10 dəfə artıq fenollardan, 2-5 dəfə artıq neft və neft məhsullarından, sintetik-səthi aktiv və asılı maddələrdən, ağır metallardan, digər spesifik çirkləndiricilərdən, o cümlədən insan sağlamlığı üçün təhlükəli olan bağırsaq çöplərindən təmizlənərək Dünya Səhiyyə Təşkilatının standartlarına uyğunlaşdırılır.
Təmizlənmiş su çənlərə toplanır və rayon əhalisi tərəfindən istifadə olunur, maşınlarla uşaq baxçalarına, məktəblərə və düşərgələrə daşınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]