Sabirabadda 11 mindən çox ağac əkiləcək
Sabirabad, 18 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sabirabadda ağacəkmə aksiyasına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 27-dək davam edəcək aksiya rayonun Qaragüney, Zalqaraağac, Nizami, Şəhriyar, Xəlfəli, Nərimankənd, Qaratəpə, Əhmədabad, Yastıqobu, Bulaqlı, Qalağayın, Cavad, Zəngənə kəndlərini Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun 8-50-ci kilometrliyində yol kənarı sahələrində keçirilir.
Ümumilikdə 11350 ədəd ting əkilməsi nəzərdə tutulur.
Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı təşkilati və texniki tədbirlər görülüb.