SABİRABADIN QARAGÜNEY KƏNDİNDƏ BƏNDBƏRKİTMƏ İŞLƏRİ SÜRƏTLƏ APARILIR
Sabirabad, 21 may (AZƏRTAC). Sabirabad rayonunun Qaragüney kəndində Kür çayının səviyyəsi qalxdığından eni 25 metr olan əsas bəndin bəzi hissəsində sızmalar olmuşdur. Buna baxmayaraq, kəndin ərazisində bəndbərkitmə işləri sürətlə aparılır.
Hadisə yerinə Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və digər aidiyyəti qurumların texnikası və canlı qüvvəsi cəlb olunmuşdur.
Operativ qərargahdan verilən məlumata görə, digər Kürboyu ərazilərdə vəziyyət sabit olaraq qalır və burada da bəndbərkitmə işləri sürətlə aparılır. Horadiz və Bəhramtəpə istiqamətində Araz çayında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Amma bu azalma Sabirabad və ətraf ərazilərdə, təqribən 5-6 gündən sonra hiss olunacaqdır.
Kür çayının Salyan və Neftçaladan keçən hissələrində suyun səviyyəsində 8 santimetr azalma qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]