Şabranda infeksiyaya yoluxan şəxs qaydaları pozaraq evini tərk edib
Şabran, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayon sakini M.Zəkiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Zəkiyevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb. Həmin şəxs yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
M.Zəkiyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:40]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:06]
Naxçıvanda avtomobil piyadanı vurub VİDEO
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:27]
“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub
- 02.10.2026 [17:58]
Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]