Şabranda karantin rejimini pozan kafe və bərbərxana aşkarlanıb
Şabran, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq obyektin sahibi F.Məmmədov və orada olan 10 nəfər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.
Keçirilən digər bir tədbir zamanı isə rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən bərbərxana aşkarlanıb. Obyektə baxış zamanı salonda bərbər və müştərilərin olduğu müəyyən edilib.
Karantin rejimi qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:40]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:06]
Naxçıvanda avtomobil piyadanı vurub VİDEO
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:27]
“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub
- 02.10.2026 [17:58]
Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]