Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulublar
Bakı, 18 dekabr, AZƏRTAC
Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İ.Qasımov və R.Aslanov DİN Əlahiddə Çevik Polis Alayı və Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. İ.Qasımovun idarə etdiyi “AzSamand” markalı avtomobilə baxış zamanı oradan ona və sərnişini R.Aslanova məxsus 10 qramdan artıq heroin, 2,726 qram tiryək, 27 qrama yaxın marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]