SADAXLI BAZARININ AÇILMASINI TƏLƏB EDİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Marneuli rayonundakı Sadaxlı kəndində dekabrın 12-də keçirilmiş növbəti etiraz aksiyasında əhali Gürcüstan-Ermənistan sərhəddində yerləşən bazarın açılmasını tələb etmişdir. Bu aksiyada yerli azərbaycanlılarla yanaşı, Qərbi Gürcüstandan bazara satmaq üçün sitrus meyvələri gətirmiş gürcülər də iştirak etmişlər.
Aksiya iştirakçıları Gürcüstan iqtidarından məsələyə aydınlıq gətirilməsini xahiş etmiş, əks təqdirdə, Gürcüstan-Ermənistan mərkəzi yolunu bağlayacaqları ilə hədələmişlər.
Xatırladaq ki, Gürcüstanın böyük satış yarmarkalarından olan Sadaxlı bazarı bir neçə gün əvvəl sərhədçilərin tələbi ilə bağlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]