SAĞLAM OLMAQ İSTƏYİRSƏNSƏ, LİFTDƏN İSTİFADƏ ETMƏ
İsrail ordusunun mətbuat xidmətindən agentliyin müxbirinə bildirmişlər ki, bu qeyri-adi tədbir ötən bazar günü başlanmış “sağlamlıq həftəsi” çərçivəsində keçirilir.
Liftlər birinci-dördüncü mərtəbələrdə bağlanmışdır və Baş Qərargahın bütün əməkdaşları ayaqla çıxıb-düşürlər. Hərbi hissələrdəki həmkarları ilə müqayisədə xidmətləri daha az fiziki gərginliklə bağlı olan Baş Qərargah zabitləri düzgün qidalanma və sağlam həyat tərzi barədə mühazirələri də dinləməli, müxtəlif idman yarışlarında iştirak etməlidirlər.
Liftlərin bağlanması ideyasının müəllifi podpolkovnik xanım Avi Benita “Yediot Axronot” qəzetinə müsahibəsində demişdir: “Tanrı bizə əl-ayaq verib, gəlin, onlardan canımızın sağlam olması üçün səmərəli istifadə edək. Bəzən Baş Qərargahda gördüyüm hallar az qalır ağlımı başımdan çıxarsın. Bir də görürsən ki, zabitlər liftlə yeraltı qaraja düşür və maşına minib beş-on addımlıqdakı binaya gedirlər. Bundan sonra hansı sağlamlıqdan danışa bilərsən?!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]