Şahbuz Dövlət Təbiət Qoruğunda zərərverici həşəratlara qarşı dərmanlama işləri aparılıb
Şahbuz, 1 iyul, AZƏRTAC
Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində son vaxtlar “gicitkən” və “şeytanqanqalı” adlanan kəpənəklərin tırtıllarının geniş yayılaraq ağaclara və kol bitkilərinə ziyan verməyə başlaması ilə əlaqədar olaraq dərmanlama tədbirləri görülüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dərmanlama tədbirlərinə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin və Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin xüsusi təyinatlı 3, Şahbuz Rayon Baytarlıq İdarəsinin 1 avtomobili cəlb olunub.
Qoruq ərazisindəki kol və ağac bitkiləri ilə yanaşı, insanların istirahət etdiyi ərazilər, o cümlədən yollar da dərmanlanıb.
Mütəxəssislər bildirirlər ki, el arasında “küllük kəpənəyi” kimi tanınan bu həşərat Batabat ərazisində havaların digər bölgələrə nisbətən daha çox yağmurlu olması nəticəsində geniş yayılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]
Tərtərdə pambıq yığımına başlanılıb
- 07.10.2026 [11:52]
Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu
- 07.10.2026 [10:44]
Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO
- 07.10.2026 [10:16]
Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO
- 07.10.2026 [09:11]