Sahib Məmmədov: Azərbaycan DİM-lər üzrə növbəti hesabatı 2024-cü ildə göndərəcək
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan DİM-lər üzrə növbəti hesabatı 2024-cü ildə göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov oktyabrın 24-də Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfindən regionda ilk olaraq Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə götürülmüş öhdəliklərin icrasının yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 Könüllü Milli Hesabatı təqdim olunub. Bu, Azərbaycan Hökumətinin DİM-lərin həyata keçirilməsi üzrə öhdəliklərə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Növbəti hesabatın 2024-cü ildə təqdim edilməsi planlaşdırılır: “Artıq bu istiqamətdə işlər görülür. Bu məqsədlərin həyata keçirilməsi böyük vəsaitlər tələb edir. Həmin vəsaitlərin effektivliyinin, şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit orqanlarının iştirakı zəruridir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]