Sahibkarlar üçün vebinar keçiriləcək
Bakı, 10 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) sahibkarların fond tərəfindən təqdim edilən xidmət və məhsullar, kredit və maliyyələşmə mexanizmləri barədə məlumatlandırılması məqsədilə vebinar keçirəcək.
Fonddan AZƏRTAC-a bildirilib ki, vebinarda sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştli kreditlər, dövlət zəmanətli kredit və subsidiya dəstəyi mexanizmi, mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin Elektron Kredit Platforması (“e-edf.gov.az”) barədə ətraflı məlumat veriləcək.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov vebinar zamanı sahibkarları maraqlandıran suallara cavab verəcək. Vebinarın “Zoom” platfoması üzərindən həyata keçirilməsi nəzərdə tutulur.
Martın 13-də saat 11:00-da keçiriləcək tədbirdə iştirak etmək istəyən şəxslər müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://www.smartsurvey.co.uk/s/ZPLHHY/:
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]