SAHİBKARLARA GÜZƏŞTLİ KREDİTLƏR VERİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Sahibkarlığa Kömək Milli Fondu və müstəqil banklarla qurulan işgüzar əlaqələr nəticəsində göyçaylı sahibkarlara 42 layihə üzrə 2 milyard 879 milyon manat məbləğində güzəştli kredit verilmişdir. Bütövlükdə isə ötən il həmin banklar, habelə Beynəlxalq Bankın və “Kapital Bank”ın rayon filialları tərəfindən sahibkarlığın inkişafına dəstək məqsədi ilə rayonda fəaliyyət göstərən 764 hüquqi və fiziki şəxsə 7 milyard 346 milyon manat kredit verilmişdir.