SAHİBKARLIĞIN İNKIŞAFINA AYRILAN VƏSAİTLƏRİN HƏCMİ İLBƏİL ARTIR
Sahibkarlığa Kömək Milli Fondundan AZƏRTAC-a bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş proqramlara uyğun olaraq, maliyyələşdirilən mikro layihələrin sayı əvvəlki illərlə müqayisədə təxminən 2 dəfə artmışdır. 2002-2005-ci illərdə təkcə Fond kiçik və orta biznesin inkişafına 370 milyard manat kredit ayırmışdır. Bu vəsaitlə 30 mindən artıq yeni iş yeri yaradılmışdır ki, onların da 15 mini bu ilin payına düşür.
Dövlət büdcəsində sahibkarlığın inkişafına ayrılan vəsaitlərin həcmi də ilbəil artır. Gələn il Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti təxminən 400 milyard manata çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]