Sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam edir
Bakı, 1 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, fevralın 26-da keçirilmiş monitorinqlər zamanı Səbail rayonunda “Bazarstore” mağazasında, Nizami rayonunda Teymur Cabirova məxsus çörək sexində, Binəqədi rayonunda "PAK-46" ərzaq mağazasında, Nərimanov rayonunda Əliəkbər Mirzəyevə məxsus pərakəndə ticarət obyektində, ümumilikdə 4 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]