ŞAHMAT ÜZRƏ ÖLKƏ ÇEMPİONATINDA 3 NƏFƏR LİDERDİR
Bakı, 14 yanvar (AZƏRTAC). Respublika Şahmat Mərkəzində kişilər arasında keçirilən ölkə çempionatının ilk turunun nəticələri məlum olmuşdur.
Şahmat Mərkəzindən bildirmişlər ki, Rəhim Qasımov Eltac Səfərlini, Nicat Abbasov Fərid Abbasovu, Vüqar Rəsulov isə Azər Mirzəyevi məğlubiyyətə uğratmışlar. Rəşad Babayev Loğman Quliyevlə, Vasif Durarbəyli isə Rəsul İbrahimovla görüşlərini heç-heçə başa vurmuşlar.
Turnir cədvəlinə 1 xalla R.Qasımov, N.Abbasov və V.Rəsulov liderlik edirlər.
Turnirin ümumi mükafat fondu 10 min manatdır.
Yarışın mükafatçıları Çernoqoriyanın Budva şəhərində keçiriləcək Avropa birinciliyinidə iştirak etmək hüququ qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]