Şahmatçımız Rauf Məmmədov Avropa çempionatında Rumıniya təmsilçisi ilə qarşılaşacaq
Bakı, 4 sentyabr, AZƏRTAC
İslandiyanın paytaxtı Reykyavikdə keçirilən kişi şahmatçılar arasında Avropa çempionatında sentyabrın 4-də 10-cu turun partiyaları oynanılacaq.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin liderlərindən olan Azərbaycan təmsilçisi Rauf Məmmədov bu turda rumıniyalı Boqdan-Daniel Deak ilə üz-üzə gələcək.
Digər şahmatçılarımızdan Nicat Məmmədov türkiyəli Mustafa Yılmaz, Nicat Abbasov yerli idmançı Qudmundur Kyartansson, Aydın Süleymanlı İngiltərə təmsilçisi Lorin Dkosta, Read Səmədov isə Lubomir Ftacnik ilə qarşılaşacaqlar.
Rauf Məmmədov 7 xalla 2-3-cü yerləri bölüşür. Digər şahmatçılarımız N.Məmmədov 6,5, N.Abasov, A.Süleymanlı və R.Səmədov 5 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]