MƏDƏNİYYƏT
ŞAİR, TƏRCÜMƏÇİ VƏ ƏDƏBİYYATŞÜNASIN XATİRƏ GECƏSİ
Dostlar və həmkarlar – şairlər, yazıçılar, bir sıra ictimai təşkilatların nümayəndələri bu gözəl şair haqqında xatirələrini bölüşərək bildirdilər ki, məhz onun sayəsində rusdilli ziyalılar Azərbaycan ədəbiyyatının klassikləri Nizami, Füzuli və Əliağa Vahidin yaradıcılığı ilə ilk dəfə tanış olmuşlar. Məhz V.Qafarovun tərcümələri sayəsində rus oxucusu Azərbaycan şifahi xalq yaradıcılığının nümunələrini – bayatılar, qəzəl və qoşmaları ilk dəfə oxumaq imkanı tapmışdır.
Xatirə gecəsində bakılı şair Stanislav Savelyev dedi ki, iki xalqın – Azərbaycan və rus xalqlarının oğlu olan Vladimir Qafarov Azərbaycan və Rusiya ədəbiyyatları arasında sıx qarşılıqlı əlaqələr yaradılmasında silinməz iz buraxmışdır.
V.Qafarovun oğlu İskəndər xatırlatdı ki, unudulmaz bəstəkarımız Tofiq Quliyevin kinofilmlər üçün bəstələdiyi mahnıların əksəriyyətinin mətnlərini rus dilinə onun atası çevirmişdir.
V.Qafarovun şagirdi, şairə Liza Qasımova dedi ki, ölümündən bir neçə gün əvvəl baş çəkərkən onun şerlər kitabını oxuduğunu gördüm. Bunlar Nekrasovun şerləri idi. Şair onlardan birində bu sətirlərin altından xətt çəkmişdir: “Ey ilham pərisi, mən məzarın astanasındayam!” Buna baxmayaraq, Qafarov ona baş çəkməyə gələn dostlarını zarfatlarla qarşılayır, dostcasına hal-əhval tuturdu. Vladimir Qafarovu tanıyanlar deyirdilər ki, o, hər cəhətdən istedadlı idi. Onun rus dilinə tərcümələrinə gəldikdə, Qafarovu bədii tərcümənin Allahı sayırdılar. O, Azərbaycan poetik folklorunu elə yüksək məharətlə tərcümə edirdi ki, bu xalq nümunələri yeni dildə özünün ikinci həyatını tapırdı. Onun tərcüməyə çətin yatan aşıq poeziyasından əla tərcümələri xüsusi qeyd olundu. Qırx ildən artıq bir dövrdə Qafarov 50-dən çox şairin şerlərini tərcümə etmişdir. Görüş iştirakçılarının fikrincə, onun ədəbiyyatşünaşlığa dair əsərlərində və tərcüməçilər üçün məsləhət xarakterli məqalələrində toplanış təcrübəni tərcüməçilik fəaliyyəti ilə məşğul olan ədiblərin yeni nəsilləri dərindən öyrənməlidirlər.
Qonaq otağının sahibəsi İrina Trofimova, bardlar İbrahim İmaməliyev və Georgi Çernoqorov da Vladimir Qafarov haqqında xatirələrini bölüşdülər.