Şalva Papuaşvili: Avropa Komissiyası Gürcüstana qarşı sovet metodlarından istifadə edir
Tbilisi, 26 oktyabr, AZƏRTAC
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Komissiyasını Gürcüstana münasibətdə qarşıdurma, təzyiq və məcburetmə siyasəti yürütməkdə, həmçinin ölkəyə qarşı sovet metodlarından istifadə etməkdə günahlandırıb.
AZƏRTAC xəbər verir ki, parlament sədri bu barədə Avropa İttifaqının genişlənmə hesabatı ilə bağlı gözləntilərdən danışarkən bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti Avropa İttifaqı ilə dialoqa hər zaman hazırdır, lakin qarşı tərəfin konstruktiv addımlar atacağına ümid etmək çətindir.
“Biz dəfələrlə bəyan etmişik ki, Avropa İttifaqı ilə dialoq masasına oturmağa hazırıq və onun nümayəndələrinin də bu masaya gəlməsini gözləyirik. Lakin təəssüf ki, dialoq əvəzinə qarşıdurma yolunu seçirlər”, – deyə Papuaşvii bildirib.
Avropa Komissiyasının Gürcüstana qarşı yanaşmasını sərt şəkildə tənqid edən parlament sədri bu siyasətin Avropa dəyərlərinə zidd olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:53]
İstanbulda Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü qeyd edilib
- 29.10.2026 [18:22]
Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
- 29.10.2026 [17:43]
Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb
- 29.10.2026 [16:39]