Şalva Papuaşvili: Xalqları çaşqınlıq içində saxlamaq qəbuledilməzdir
Tbilisi, 25 noyabr, AZƏRTAC
NATO-nun uzun illərdir “açıq qapı” siyasəti ilə Gürcüstanı və digər ölkələri qeyri-müəyyənlikdə saxlaması qəbuledilməzdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili NATO-nun hazırkı siyasətini şərh edərkən söyləyib.
NATO-nun fəaliyyətini sərt tənqid edən Papuaşvili deyib: “NATO necə və hansı məqsədlər üçün yaradılıbsa elə də olmalıdır. Bütöv xalqların çaşqınlıq və anlaşılmazlıq içində olması qəbuledilməzdir. Gürcüstan xalqı artıq gözəl sözlərə inanmır”.
O, Gürcüstanın NATO-ya üzvlük üçün uzun illərdir bütün tələbləri yerinə yetirdiyini, buna baxmayaraq qərarın verilmədiyini bildirib.
“2008-ci ildən bu yana 17 il keçdi. Gürcüstan institusional və hərbi yaxınlaşma baxımından bütün addımları atıb. İndi top qarşı tərəfdə -NATO-dadır", - deyə Papuaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]