SALYANDA MƏDƏNİYYƏT VƏ İSTIRAHƏT PARKI YENİDƏN QURULUB
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Salyanda ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və İstirahət parkının yenidən qurulması başa çatdırılıb. Burdakı köhnə tikililər sökülüb, əraziyə münbit torpaq daşınıb, 1000-dən artıq gül kolu və dekorativ ağac əkilib, fontan quraşdırılıb, oturacaq və işıqlandırma vasitələri dəyişdirilib. Parkdakı Heydər Əliyev muzeyinin tikintisi də tamamlanıb. Burada dahi şəxsiyyətin büstü qoyulub, həyat və fəaliyyətini əks etdirən ekspozisiya yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]