Salyanda yol qəzasında yaralanan şəxs xəstəxanaya yerləşdirilib
Salyan, 23 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Salyanda iki minik maşını toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində "Mercedes" və "VAZ-21010" markalı minik maşınları toqquşub. Nəticədə xəsarət alan Neftçala rayon sakini Qulamov Aydın Tahir oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.