Şamaxıda Nəsimi poeziyası üzərində muğam konserti olub VİDEO
Şamaxı, 29 sentyabr, AZƏRTAC
İkinci Nəsimi festivalı çərçivəsində sentyabrın 29-da Şamaxının Meysəri kəndində daha bir tədbir - Nəsimi poeziyası üzərində muğam konserti olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, muğam konserti festival iştirakçılarına unudulmaz anlar bəxş edib. İfaçıların bir-birindən gözəl və peşəkarlıqla səsləndirdikləri muğamlar mütəfəkkir şairin böyüklüyünün əsl təqdimatı olub. Ani sükutdan sonra gurultulu alqış sədaları həm də şairin ruhuna ehtiram idi.