Şamaxıda polis əməkdaşları Vətən müharibəsi qazisini ziyarət edərək onun qayğıları ilə maraqlanıblar
Bakı, 19 dekabr, AZƏRTAC
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində yaralanmış qazi, Ovçulu kənd sakini gizir Elşad Mikayılovu evində ziyarət edərək onun qayğıları ilə maraqlanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, göstərilən diqqətə görə minnətdarlığını bildirən E.Mikayılov döyüş təəssüratlarını polis əməkdaşları ilə bölüşüb və Vətən müharibəsinin iştirakçısı olmasından qürur duyduğunu vurğulayıb.
Qeyd edək ki, 2012-ci ildən Daxili Qoşunlarda xidmət edən hərbi qulluqçu Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında igidlik göstərib. O, Hadrut qəsəbəsi, Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. E.Mikayılov Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə isə yaralanıb.