CƏMİYYƏT
Samiyə Abdulkərimova: Seçki prosesi şəffaf və nizam-intizamla keçirilir



Bakı, 29 yanvar, AZƏRTAC
27 saylı Sabunçu ikinci seçki dairəsinin 38 saylı məntəqəsində seçki prosesi davam edir. Seçici siyahısında 1352 nəfər qeydiyyata alınıb. Səhər saatlarından etibarən məntəqədə fəallıq müşahidə olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 27 saylı Sabunçu ikinci seçki dairəsinin 38 saylı məntəqəsinin sədri Samiyə Abdulkərimova söyləyib.
Onun sözlərinə görə, vətəndaşlar bələdiyyə seçkilərində iştirak etmək üçün məntəqəyə gələrək öz konstitusion hüquqlarından istifadə edirlər. Seçki prosesi şəffaf və nizam-intizamla keçirilir.