SAMUX RAYONUNDA BİR GÜNDƏ İKİ MƏKTƏB İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun vəsaiti ilə Samux rayonunun Füzuli və Əliuşağı kəndlərində hər biri 200 şagird yeri olan yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimlərdə kənd ağsaqqalları və ziyalılar çıxış edərək, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Sonra Füzuli kənd orta məktəbinin məzunu, Tibb Universitetinin professoru Surxay Musayev pedaqoji kollektivləri bu əlamətdar gün münasibətilə təbrik etmiş və vaxtilə təhsil aldığı məktəbə bir dəst kompüter bağışlamışdır. Hər iki məktəbin tikintisində fərqlənənlərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]