SAMUX RAYONUNDA MÜQƏDDƏS BAYRAMLARA EHTİRAMLA YANAŞILIR
AZƏRTAC xəbər verir ki, bütün müsəlman dünyası üçün əziz olan müqəddəs Qurban bayramı Samux rayonunda da yüksək səviyyədə qeyd olunmuşdur.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bütün kənd və qəsəbələrdə əsil bayram əhval-ruhiyyəsi ilə müxtəlif tədbirlər keçirilmiş, kimsəsiz, şəhid, qaçqın və köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha qocalara, ümumən 1000 nəfərədək sakinə bir tondan çox bayram payı verilmişdir.