SANKT-PETERBURQDA AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ GÜNÜ QEYD OLUNMUŞDUR
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, Sankt-Peterburq milli-mədəni muxtariyyatı ilə birgə Azərbaycanın Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilmişdir.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi naminə apardığı siyasətindən bəhs edərək, Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırılmasında böyük rolunu qeyd etmişlər.
Müasir Azərbaycanın daha sürətlə inkişaf etməsi, Azərbaycan-Rusiya dostluq münasibətlərinin gündən-günə güclənməsi və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi arzusu tədbir iştirakçıları tərəfindən xüsusi vurğulanmışdır.
Sonda Sankt-Peterburqda fəaliyət göstərən “Çinar” uşaq ansamblı milli rəqslərimizi ifa etmiş, azərbaycanlı müğənni S.Sədiyevin ifasında milli mahnılar səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]