Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şanlı tarix: müstəqillik və inkişaf yolunda inamlı addımlar

Şanlı tarix: müstəqillik və inkişaf yolunda inamlı addımlar

Azərbaycan xalqı Şərqdə ilk demokratik dövlət qurması ilə tam fəxr edə bilər. Bu, həm də müasir mərhələdə müstəqil dövlətçiliyin uğurla inkişaf etdirilməsi işığında əhəmiyyətli görünür. 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İlham Əliyev bu kimi məqamları dolğun və konkret faktlarla ifadə edib. Dövlət başçısı Azərbaycanın dövlət kimi müstəqilliyinin və cəmiyyət kimi demokratikliyinin, sülhsevərliyinin vacib aspektlərini irəli sürüb. Dövlət quruculuğunun böyük uğurla aparıldığı indiki mərhələdə həmin fikirlərin əhəmiyyətini daha aydın dərk etmək mümkündür. Bakıda keçirilən XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının əhəmiyyətini də həmin kontekstdə anlamaq olar. Bu çərçivədə ölkə rəhbərinin nitqinin bir sıra aspektləri üzərində geniş dayanmağa böyük ehtiyac vardır.

AXC və müasirlik: müstəqil Azərbaycanın uğurları işığında

1918-ci il mayın 28-i Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. XX əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda yaradıldı. Həmin dövrdə Avropanın özündə müstəqil və demokratik dövlət qurmaq uğrunda mübarizə səngimirdi. Osmanlı və Rusiya imperiyaları çox çətin dövrlərini yaşayırdılar. Qafqaza qonşu regionlarda mürəkkəb və qeyri-müəyyən geosiyasi-hərbi proseslər cərəyan edirdi. Belə bir qarışıq dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yaratdığını elan etdi. Bu möhtəşəm hadisənin siyasi, ideoloji, mənəvi, mədəni, iqtisadi və hərbi aspektləri haqlı olaraq tədqiq olunur və bu proses daha da dərinləşməlidir.

Prezident İlham Əliyev məhz bu bağlılıqda Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda əhəmiyyətli fikirlər ifadə edib. Dövlət başçısı vurğulayıb: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir".

Dövlət başçısı konkret faktlarla bu hadisənin tarixiliyini və möhtəşəmliyini ifadə edib. Onların sırasında aşağıdakı üç faktorun seçilməsi son dərəcə önəmlidir: dövlət bayrağının yaradılması, Azərbaycan vətəndaşlığının təsis edilməsi və Milli Ordunun formalaşdırılması! Bu faktorlar həm dövlətçilik, müstəqillik və demokratikliyin rəmzləri, həm də konkret həyata keçirilmiş əməli işlərdir. Dövlət bayrağı olmayan xalqın müstəqilliyi olmaz. Bayraq ideyadır, amaldır, milləti millət edən böyük mənadır. Vətəndaşlıq Azərbaycanın XX əsrin əvvəllərindən demokratik yol seçdiyinin göstəricisidir. Vətəndaşlıq vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılmış ilk mühüm addımdır. AXC-nin ömrü qısa olsa da, məhz bu tarixi addım öz inkişafını XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda dövlət quruculuğunun mərkəzi vəzifələrindən biri oldu. İndi müstəqil Azərbaycan vətəndaş cəmiyyətinin qurulması yolunda davamlı addımlar atır. Nəhayət, Milli Ordu təhlükəsizliyin təmini və özünümüdafiə üçün əsas arqumentdir. Həmin dövrdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birgə ilk tarixi zəfərini qazandı - Bakını işğalçılardan azad etdi! Bununla bütün dünyaya sübut edildi ki, Azərbaycan Ordusu dövləti, xalqı, mədəniyyəti, milliliyi qorumaq iqtidarında olan güclü strukturdur. Bu ordu hələ bizlərə çox-çox tarixi zəfərlər gətirəcək. Qarabağdan başlayaraq!

Prezident bu kimi məqamları lakonik və dolğun məzmunda ifadə etməklə dünyaya və cəmiyyətə tarixi mesajlar verib. İlham Əliyev göstərir ki, Azərbaycan rəhbərliyi müstəqil dövlətçiliyin tarixini çox əziz tutur, ondan ilhamlanır və bu yolu inamla davam etdirir. Ölkə rəhbəri bu yolda vacib hesab edilən başqa məqamları da ifadə edib. İlham Əliyev nitqində vurğulayıb: "Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər".

Bu faktlar onu ifadə edir ki, Azərbaycanın müstəqilliyinin təməlində mədəniyyət, təhsil və hüquq əsas yeri tutur. Xalq Cümhuriyyəti məhz bu faktorlar üzərində bərqərar oldu. İndi də müstəqil dövlət quruculuğunda həmin faktorlar aparıcı mövqedədir. Yəni Azərbaycan sivil, mütərəqqi və mədəniyyətə üstünlük verən dövlət və cəmiyyətdir! Bütün bunları nəzərə alan Azərbaycan rəhbərliyi Cümhuriyyət qurucularının xatirəsini əziz tutur. Bakı şəhərinin mərkəzində Cümhuriyyətin şərəfinə abidə ucaldılıb və keçən il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib. Bütövlükdə ilk demokratik respublikanın qurucularının xatirəsi qəlblərdə əbədi yaşayır.

XXI əsrin çağırışları: varislikdən yeni zirvələrə doğru!

Bunlarla yanaşı, Azərbaycan yerində dayanmır, ancaq tarixi ilə öyünməklə kifayətlənmir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə dəvət olunduqdan sonra Xalq Cümhuriyyətinin qurucularının niyyətlərini böyük ustalıq və qətiyyətlə reallaşdırmağa başladı. Heydər Əliyev faktiki olaraq yeni müstəqil Azərbaycan yaratdı.

Ümummilli lider Cümhuriyyəti qoruyub saxlamağın müstəqilliyi əldə etməkdən çox çətin olduğunu gözəl bilirdi. Bu səbəbdən XX əsrin əvvəllərində olduğu kimi, səhvlərə yol vermək olmazdı. Həm də XX əsrin 90-cı illərində qlobal geosiyasi mənzərə daha qarışıq və risklərlə dolu idi. Lakin Heydər Əliyevin zəkası, siyasi lider kimi qüdrəti bütün çətinlikləri aşmağa imkan verdi. Nəticədə, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi hazırda inamla inkişaf edir.

İlham Əliyev bununla bağlı çox gözəl ifadə edib: "1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır... Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi".

Təcrübə göstərdi ki, Heydər Əliyevin bütün sahələri əhatə edən inkişaf strategiyası son dərəcə səmərəlidir. Bunu mədəniyyətdə, təhsildə, xarici siyasətdə, enerji layihələrinin həyata keçirilməsində, ordu quruculuğunda aydın görmək mümkündür. Təsadüfi deyil ki, Azərbaycan Cənubi Qafqazın lideridir. İndi dünyanın aparıcı dövlətlərinin liderləri Azərbaycanın daha geniş geosiyasi məkanda lider rolunu oynamağa layiq olduğundan bəhs edirlər. Bu məqam Bakıda keçirilən XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının gedişində də özünü tam təsdiq etdi. Amerika Prezidenti həmin hadisə ilə bağlı Azərbaycan rəhbərinə ünvanladığı məktubda konkret vurğulayıb ki, Azərbaycan yeni liderliyə tam layiqdir.

Sərgi və konfransın açılışında nitq söyləyən Prezident İlham Əliyev də ölkə rəhbərliyinin apardığı enerji siyasətinin bütün əsas məqamlarını dolğun ifadə edib. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri faktlarla sübut edib.

Prezident İlham Əliyev nitqində ayrıca vurğulayıb ki, bu uğurlar Azərbaycanın səmərəli beynəlxalq əməkdaşlıq formatları çərçivəsində fəaliyyət göstərməsi ilə sıx bağlıdır. "...Çünki əgər o olmasa, o layihələri icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının iştirakı və əlbəttə ki, birgə səylərimiz nəticəsində biz buna nail ola bilmişik. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı istədiyinə tam nail ola bildi". Bunların fonunda, əlbəttə, enerji təhlükəsizliyi məsələlərinin böyük əhəmiyyət daşıdığını dərk etmək çətin deyil.

"Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir" tezisini irəli sürən İlham Əliyev Azərbaycanın bu istiqamətdə də ardıcıl və uğurlu siyasət apardığını bəyan edib. Fikirlərini inkişaf etdirən Prezident ifadə edib: "Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir".

Əlbəttə, bütün bunlar çox sevindiricidir və ölkə rəhbərinin söylədiyi bir fikrin reallığı tam əks etdirdiyini bir daha təsdiq edir. Prezident İlham Əliyev vurğulayıb: "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!".

Bəli, tam əminik ki, müstəqil Azərbaycanın taleyi bu fikirlərdə dəqiq ifadə edilib!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb