“Saola” qasırğası güclənir
Bakı, 28 avqust, AZƏRTAC
Filippinin şərqində meydana gələn “Saola” qasırğası güclənərək superqasırğaya çevrilib və cümə axşamı Tayvana çata bilər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, qasırğa hazırda Filippinin Luson adasından 100 kilometr şərqdə yerləşir. Meteoroloqların məlumatına görə, superqasırğanın daxilində küləyin maksimal sürəti saniyədə 63 metrə çatır. Qasırğanın yaxın saatlarda şərqə doğru və daha sonra şimal-qərbdən Tayvana doğru hərəkət edəcəyi gözlənilir.
Proqnoza görə, superqasırğanın mərkəzi Tayvanın cənubundan keçə bilər və bundan sonra “Saola” Çinin Quandun əyalətinə doğru hərəkətini davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]