SAPARMURAD NİYAZOV RUSİYANIN 108 MİLYON DOLLAR MƏBLƏĞİNDƏ BORCU OLDUĞUNU XATIRLATMIŞDIR
O, MDB və Baltiyanı ölkələrin dəmir yol rəhbərləri ilə görüşdə demişdir: “Rusiyanın bizə borcu var, amma 1993-cü ildən heç nə vermir. Biz bu pulları SSRİ-nin süqutundan sonra Xarici İqtisadi Əlaqələr Bankına qoymuşduq”. Onun sözlərinə görə, bu məsələ Rusiya tərəfi ilə görüşlərdə dəfələrlə qaldırılmışdır. Moskva borcların qarşılıqlı əvəzlənməsini təklif edir, Aşqabad isə bu təklifə razı deyildir.
Niyazov vurğulamışdır ki, Türkmənistanın heç kimə bir qəpik də borcu yoxdur. “Biz nə xarici banklardan, nə dünya banklarından, nə də valyuta fondlarından kredit almışıq”. Prezident demişdir ki, Türkmənistanın maliyyə-kredit siyasəti debitor borcundan imtina prinsipləri üzrə qurulur. Aşqabad xarici hesablaşmalarda tarazsızlığın aradan qaldırılması üçün istifadə olunan ehtiyat kredit haqqında saziş imzalanması barədə Beynəlxalq Valyuta Fondunun təkliflərini, Dünya Bankının Türkmənistanda öz seminarlarını keçirməsini, məqsədli maliyyələşdirmək barədə irəli sürdüyü təşəbbüsünü rədd etmişdir. Bir sözlə, Türkmənistanın kredit almağa ehtiyacı yoxdur.
Xatırladaq ki, bundan əvvəl, oktyabrda Türkmənistan Ukraynadan təxminən 500 milyon dollar məbləğində borcunun ödənilməsini tələb etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]