SARDİNİYADA “CAH-CALAL VERGİSİ” TUTULACAQ
Adanın xəzinəsinə turizmin xeyli gəlir gətirməsinə baxmayaraq, regional hökumətin başçısı Renato Sorunun təqdim etdiyi büdcə layihəsində “cah-calal vergisi” nəzərdə tutulur. Onun hesablamalarına görə, bu verginin tətbiqi hər il büdcəyə təxminən bir milyard dollar əlavə vəsait gətirməlidir.
Beləliklə, sahildən uzağı iki mil məsafədə yerləşən və ümumi sahəsi 200 kvadratmetrdən çox olan malikanələrin sahibləri regional xəzinəyə ildə 3,6 min dollar ödəyəcəklər. Bundan başqa, hər artıq kvadratmetrə görə əlavə olaraq təxminən 175 dollar ödəmək lazım gələcəkdir. Sahilin təxminən 300 metrliyində yerləşən evlərin sahibləri isə 20 faiz artıq məbləğ ödəməli olacaqlar. Daşınmaz əmlakın satışı üçün 25 faizlik vergi tətbiq etmək də planlaşdırılır.
Renato Soru demişdir: “İlin üç ayını adamızda, qalan doqquz ayını isə başqa yerdə yaşayanlar Sardiniyada azı bu üç aya görə vergi ödəməlidirlər”.
Hökumət bu vergilərdən əldə ediləcək vəsaiti adada ətraf mühitin qorunmasına yönəltmək niyyətindədir.
Regional hökumətin məlumatına görə, yeni qanun adadakı 150 min malikanəni əhatə edəcəkdir. Sardiniyadakı cah-calallı malikanələrin ən məşhur sahibləri arasında İtaliyanın Baş naziri Silvio Berluskoni, Çukotka qubernatoru Roman Abrarmoviç və populyar müğənni Madonna da var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]